AZ

İcbari tibbi sığortaya ictimai məmnunluq artır, lakin əhatə dairəsi hələ də məhduddur - Komitə sədri

Azərbaycanda icbari tibbi sığortanın fəaliyyəti ilə bağlı ictimai məmnunluq artır, xidmət zərfi genişlənir və dərman təminatı gücləndirilir. Bu barədə Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Əhliman Əmiraslanov  Milli Məclisin 2025-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatı təqdim edərkən deyib.

Deputat bildirib ki, baxmayaraq ki, sistemdə irəliləyişlər var, görülməli işlər hələ çoxdur. 
“Xüsusilə komitə üzvlərinin fikrincə, hazırda yayılan xəstəliklərin bir çoxu icbari tibbi sığorta paketinə daxil edilməyib,” – Əmiraslanov qeyd edib.

O əlavə edib ki, müayinə və müalicə xidmətləri gələcəkdə daha geniş şəkildə, bütünlüklə əhatə olunmalıdır. 

“Biz aidiyyəti qurumlarla daimi əlaqədəyik və əminik ki, bu istiqamətdə işlər davam etdiriləcək,” – deputat vurğulayıb.


Gülnar Nazimqızı

Seçilən
1
1
anews.az

2Mənbələr