AZ

Paşinyan hər şeyi etiraf etdi: Azərbaycanın ərazi bütövlüyünü ona görə tanıdım ki...

Mən Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdım.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan sentyabrın 15-də “Hərtərəfli Təhlükəsizlik və Qarşıdurma – 2025” beynəlxalq konfransında deyib.

"Sadəcə başqa yol yox idi", - Paşinyan əmin edib. Onun sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-də Vaşinqtonda paraflanan sülh sazişi ilə daha da möhkəmlənib.

"Bu sənəd kifayət qədər qiymətləndirilmir. Mən belə hesab edirəm ki, bu, Ermənistan və Azərbaycan arasında hər iki ölkə tərəfindən ratifikasiya edilmiş və hüquqi qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənəddir", - baş nazir bildirib.

Seçilən
38
1
publika.az

3Mənbələr