AZ

Yer kürəsində iyun ayından bəri ən güclü maqnit qasırğası başlayıb

Günəşə tac dəliyinin təsiri ilə iyun ayından bəri Yerdə ən güclü maqnit qasırğası başlayıb. Məlumatı “İnterfaks.ru” yayıb. 

“Yerdə G3-ə yaxın güclü maqnit qasırğası müşahidə edilir. Hadisə dünən planetin gecə yarısına yaxın sərhədini keçdiyi böyük tac dəliyinin zonasına daxil olması nəticəsində günəş küləyinin sürətinin nəzərəçarpacaq dərəcədə artması fonunda qeydə alınır”, - məlumatda deyilir.

Alimlərin fikrincə, başlayan fırtınanın gücü bütün proqnozlaşdırılan hesablamaları üstələyir: “Axırıncı dəfə müqayisə edilə bilən və daha böyük intensivliyə malik hadisə bu ilin 1-2 iyun tarixlərində, yəni 3 aydan çox əvvəl baş verib”, - laboratoriyadan bildirilib.

Alimlər bildiriblər ki, geomaqnit vəziyyətin pisləşməsinin ümumi müddəti 4-6 gündən az olmayacaq: “Yerə yaxın kosmosda vəziyyət bu həftənin cümə axşamı və ya cümə günündən gec olmayaraq tam normallaşacaq”, - laboratoriya qeyd edib.

P.Əmircanov
XQ

Seçilən
5
xalqqazeti.az

1Mənbələr