AZ

Modriçdən yeni uğur

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Milan"ın futbolçusu Luka Modriç A seriyası tarixinin rekorduna imza atıb.

QOL.az xəbər verir ki, o, bunu 3-cü turun "Bolonya" ilə matçıda fərqlənməklə bacarıb. 40 yaş 5 günlüyündə olan futbolçu nəticədə turnir tarixində qol vuran ən yaşlı yarımmüdafiəçi adını qazanıb.

Xorvatiyalı futbolçu 1961-ci ilin martında 38 yaş 169 günlük olarkən "İnter"ə qol vuran "Milan" yarımmüdafiəçi Nils Lidholmun rekordunu qırıb.

Qeyd edək ki, Modriç bu yay "Real"dan ayrıldıqdan sonra "Milan"a keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
qol.az

3Mənbələr