Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Fransanın Nitsa şəhərində kişilər arasında Ironman üzrə dünya çempionatı keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan prestijli yarışda "Triterra" klubu təmsil edib.
İlk dəfə olaraq klubun eyni vaxtda dörd idmançısı - Aleksandr Mordasov, Teymur Fərəcyev, Fariz Məmmədov və Kom Bullard start götürüb.
Onlar 4 km üzgüçülük, 180 km velosiped və 42 km qaçışdan ibarət bütün məsafəni qət ediblər. Finiş xəttinə çatdıqdan sonra idmançılarımız mükafatlandırılıblar.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.