AZ

“Elmin maliyyələşməsi: Azərbaycan üçün çağırışlar” - YENİ NƏŞR

Yazını böyüt
Yazını kiçilt

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun bir qrup tanınmış aliminin tədqiqatlarının nəticəsi olaraq "Elmin maliyyələşməsi: Azərbaycan üçün çağırışlar” kitabı çapdan çıxıb. Bu barədə institutdan bildirilib. Qeyd olunub ki, elmin maliyyələşməsi mexanizminin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələrin hazırlanması elmi-tədqiqat işi Elm və Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Institutunda yerinə yetirilib.

Hafta.az xəbər verir ki, tədqiqatın rəhbəri iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlidir. Tədqiqat qrupuna iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva, dosentlər Azər Mehtiyev və Tariyel Qurbanov, iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov, doktorant Aysel Aşırlı daxildir.

Kitabda elmin maliyyələşdirilməsi ilə bağlı dünya təcrübəsi araşdırılıb, statistik məlumatlar və ekspert sorğuları əsasında elmi fəaliyyətin maliyyələşməsi və dövlət tənzimlənməsi sahəsində mövcud vəziyyət təhlil edilərək qiymətləndirilib. Tədqiqatda həm dövlət vəsaitləri hesabına maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, həm də digər mənbələrin elmin maliyyələşdirilməsinə cəlb olunması imkanları ilə bağlı təklif və tövsiyələr irəli sürülüb.

Müəlliflər ümid edirlər ki, tədqiqatın nəticələri Azərbaycanda elmin dövlət maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsinə, eləcə də biznes sektorunun elmin inkişafında daha fəal iştirakına töhfə verəcək.

Seçilən
23
4
hafta.az

5Mənbələr