AZ

Komitə sədri: Maaşlarla bağlı məsələ yeni əsasnamədə öz əksini tapacaq

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Rezidentura haqqında yeni Əsasnamə hazırlanır, dəyişikliklər olacaq. Hazırda yan ixtisaslar rezidenturada yoxdur".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu gün Türkiyədə, dünyada mövcud olan qanunlara əsasən, kimsə onkoloq olmaq istəyirsə, cərrahiyyə üzrə rezidenturaya gedir, bitirəndən sonra yan ixtisas kimi bir-üç il ərzində təhsilini davam etdirir, Azərbaycanda da belə ola bilər:

"Döş qəfəsi üzrə onkoloq-radioloq, beyin üzrə onkoloq kimi ixtisaslar olacaq. Səhiyyə Nazirliyində artıq bu istiqamətdə iş gedir. Maaşlarla bağlı məsələ də yeni əsasnamədə öz əksini tapacaq. Həkimlərin maaşları qalxdıqca, rezidentlərin də maaşları qalxsın. Bu, vacib məsələdir".

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
7
oxu.az

9Mənbələr