Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hərbi imkanları ilə bağlı diqqətçəkən açıqlama verib.
News365.az xəbər verir ki, İrəvanda keçirilən “Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025” konfransında çıxış edən Paşinyan, Ermənistan ordusunun heç bir halda Azərbaycan Silahlı Qüvvələrini geridə qoya bilməyəcəyini etiraf edib.
“Ordunun güclü olması ölkəmiz üçün vacibdir. Amma nə qədər güclü olsa da, Ermənistan Azərbaycan ordusunu üstələyə bilməyəcək. Azərbaycan təkcə güclü ordusu ilə deyil, həm də möhkəm müttəfiqləri ilə fərqlənir”, – deyə o vurğulayıb.
Paşinyan əlavə edib ki, bu reallıq fonunda Ermənistan üçün əsas prioritet bölgədə sülhün qorunmasıdır.
News365.az