Abşeron rayonunun Masazır qəsəbəsində şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Adalet.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, sentyabrın 14-də Masazır qəsəbəsində fərdi yaşayış evinin həyətində iş görən zaman elektrik cərəyanı vurması nəticəsində 1968-ci il təvəllüdlü Davud Cavadovun vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.