"Bütün mübarizə tədbirlərinə baxmayaraq, dünyada vərəmə yoluxma artır".
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən komitə iclasında bildirib.
"Vərəmin müalicəyə tabe olmayan formaları ortaya çıxıb. Bu baxımdan müvafiq qurumların iştirakı ilə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək", - deyə komitə sədri bildirib.