AZ

Reabilitasiya, yoxsa şou?

Son vaxtlar sosial şəbəkələrdə əsasən narkomaniya və qumar asılılığından əziyyət çəkən insanların videolarını açıq şəkildə paylaşan özəl reabilitasiya mərkəzlərinin sayı artır.

Publika.az xəbər verir ki, xüsusilə tanınmış şəxslərin müalicəsi “həyatları dəyişir”, “qurtuluşa doğru” kimi pafoslu başlıqlarla təqdim edilir. Bu görüntülər isə nə onların yaxınları, nə də ictimaiyyət tərəfindən birmənalı qarşılanır.

Əvvəlcə onu deyək ki, reabilitasiya mərkəzlərinin çoxalması müsbət haldır. Əgər hansısa asılılıqdan əziyyət çəkən şəxsin yenidən cəmiyyətə qaytarılması üçün çalışırsınızsa, bu, xüsusilə təqdirəlayiqdir. Bu gün keyfiyyətli reabilitasiya nəticəsində yenidən cəmiyyətə qayıdanlar da kifayət qədərdir. Bu həm ailələr, həm də sosial mühitə təsir edir.

Təəssüf ki, sayları artdıqca xəstələrdən sadəcə istifadə edərək özlərini “ən yaxşı” kimi təqdim etmək istəyən müəssisələr də peyda olur.

Bəs müalicə adı ilə bir vaxtlar tanınmış olan jurnalistlər - Nəsimi Nəbizadə və Ceyhun Əsgərovun ən həssas anlarını reklam vasitəsinə çevirmək normaldırmı? Vallah belə qurtuluş olmur...

Bəli, reklam da lazımdır. Amma hansısa xəstənin üzərindən xal yığmaqla yox! Bu, nəinki etikaya sığmır, şəxsi məlumatların qorunması baxımından da yolverilməzdir. Əgər insanlar xəstəliklə mübarizə aparırlarsa, onların pis vəziyyətini hər kəsə göstərmək, əksinə, sağalma proseslərinə və cəmiyyətə qayıdışlarına mane ola bilər. Tutaq ki, narkomaniyadan əziyyət çəkən birinin düşdüyü vəziyyəti yalnız ətrafındakılar bilirdisə, indi onu çəkib milyonlarla insanın qarşısında nümayiş etdirirlər.(qafqazinfo.az/)

Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi nədir?

Seçilən
21
3
publika.az

4Mənbələr