AZ

“Türkiyə turizmin beşiyinə çevriləcək”- Türkiyənin Mədəniyyət və Turizm naziri

İstanbulun simvollarından biri olan tarixi Haydarpaşa Dəmiryolu Vağzalı, artıq sadəcə trenlərin hərəkət nöqtəsi olmaqla qalmayıb, həm də mədəniyyət və incəsənətin yeni məkanı olacaq. Haydarpaşada başlanan yenidənqurma layihəsi ilə tarixə malik vağzal, performans sənətləri və arxeologiyadan tutmuş digər sahələrə qədər Anadolu Yakasının ən böyük mədəniyyət və incəsənət mərkəzinə çevriləcək. Vağzalda tren daşımacılığı isə fasiləsiz davam etdiriləcək.

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Haydarpaşa Dəmiryolu Vağzalında sürətlə davam edən işləri yerində yoxlayaraq proses barədə məlumat aldı. Nazir Ersoy sosial media hesablarından paylaşdığı açıqlamada layihənin bütün təfərrüatlarının qısa zamanda ictimaiyyətə təqdim ediləcəyini vurğuladı. O, qeyd edib:

“Tarihi Haydarpaşa Vağzalı tren daşımacılığı davam edərkən, həm də mədəniyyət və incəsənətin mərkəzinə çevriləcək. Burada başladığımız böyük yenidənqurma işlərini yerində incələdik və layihə ilə bağlı məlumatlar əldə etdik. Anadolu Yakası çox yaxında yeni bir mədəniyyət və incəsənət mərkəzinə qovuşacaq. Layihəmiz sürətlə davam edir… Haydarpaşa Vağzalında, həm vağzal xidməti, həm də performans sənətləri mərkəzi, kitabxana, tematik muzey, sərgi salonları və atelyelər İstanbulumuza qazandırılacaq. Anadolu Yakası’nın ilk Arxeologiya Muzeyini də burada həyata keçirəcəyik. Eyni zamanda, Haydarpaşa arxeoparka çevriləcək və 2018-ci ildən başlayaraq aparılan qazıntılar zamanı tapılan minillik tarixi əşyalar burada nümayiş etdiriləcək. Layihənin bütün təfərrüatlarını tezliklə paylaşacağıq və Haydarpaşanı mədəniyyət və incəsənətlə yenidən İstanbulun ürəyinə daşıyacağıq. Bu ölkəmizə gələn turistlərin sayına da təsir edəcək. Biz Türkiyəni turizmin beşiyinə çevrəcəyik”.

Layihə çərçivəsində Anadolu Yakası’nın ilk Arxeologiya Muzeyi də Haydarpaşada açılacaq. Arxeoloji qazıntılar zamanı aşkar olunan tarixi əşyalar bu muzeydə sərgilənəcək. Eyni zamanda, Haydarpaşa arxeoparka çevrilərək tarixsevərləri minillik maddi mədəniyyət nümunələri ilə görüşdürəcək.

Layihə çərçivəsində Haydarpaşa Vağzalındakı mövcud məscid də qorunacaq və restorasiyadan sonra da ibadət üçün açıq şəkildə xidmət verməyə davam edəcək.

Bu layihə ilə Haydarpaşa yalnız nəqliyyat nöqtəsi olaraq qalmayacaq, eyni zamanda İstanbulun mədəniyyət və incəsənət həyatında önəmli yer tutacaq.

Seçilən
21
moderator.az

1Mənbələr