“Kəpəz” tarixinin 1000-ci rəsmi oyununu keçirib.
QOL.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Komanda ötən gün Misli Premyer 4-cü turunda "Araz-Naxçıvan"la qarşılaşıb. Bu da klub üçün əlamətdar olub.
Gəncə təmsilçisi Azərbaycanmiqyaslı yarışların keçirilməyə başladığı 1992-ci ildən indiyədək Premyer Liqada (əvvəlki güclülər dəstəsi) 686, I Liqada (əvvəllər birinci divizion) 177, ölkə kubokunda 110, avrokuboklarda 14, Birlik kubokunda 13 qarşılaşmaya çıxıb.