AZ

Mikayıl Cabbarov dünya çempionatında medal qazanan güləşçiləri təbrik edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında medal qazanan güləşçiləri təbrik edib.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib.
"Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında ilk medalçılar müəyyənləşiblər. Sərbəst güləş üzrə milli komandamızın 3 üzvü fəxri kürsüyə qalxıb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıblar. Böyük əzmkarlıqla bu uğura imza atan güləşçilərimizi, məşqçilərimizi və idmançıların ailə üzvlərini təbrik edirik. İnanırıq ki, bu uğurların davamı qarşıdakı günlərdə də gələcək", - deyə federasiya rəhbəri bildirib.
Seçilən
33
oxu.az

1Mənbələr