AZ

VHP rəhbərliyi Türk Şəhidliyini ziyarət etdi - Foto

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyi Türk Şəhidliyini ziyarət edib.

Partiyadan Axar.az-a bildirilib ki, Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak quldur dəstələrindən azad edilməsinin 107-ci ildönümü münasibətilə keçirilən ziyarətdə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan igidlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub.

Partiyanın sədri, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında tarixi məqamlara toxunaraq bildirib ki, Bakının işğal altında olduğu, paytaxtın müvəqqəti olaraq Gəncəyə köçürüldüyü dövrdə Məhəmməd Əmin Rəsulzadə Türkiyədən hərbi yardım xahiş etmişdi. Ənvər Paşa isə öz qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunun başçısı təyin edərək Bakını xilas etmək üçün göndərmişdi.

Sabir Rüstəmxanlı Nuru Paşanın qəhrəmanlığından, türk əsgərlərinin azərbaycanlılarla çiyin-çiyinə göstərdikləri şücaətdən danışaraq vurğulayıb ki, 15 sentyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu şərəfli səhifəni Nuru Paşanın rəhbərliyi ilə türk əsgərləri və azərbaycanlı döyüşçülər birlikdə yazıblar.

Seçilən
27
1
axar.az

2Mənbələr