AZ

"Nüvə dövlət statusumuz geri dönməzdir"

Şimali Koreya nüvə dövlət statusunun geri dönməz olduğunu bildirdi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ölkənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi tərəfindən verilən açıqlamada, ABŞ-nin Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) İdarə Heyətinin iclasında Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı çağırış etdiyi xatırladılıb.

Açıqlamada, ABŞ-nin Pxenyanın daxili işlərinə açıq şəkildə müdaxilə edərək ölkənin suverenliyini pozduğu, bu təxribatçı hərəkətin şiddətlə qınandığı və doğura biləcəyi nəticələrdən narahatlıq duyulduğu vurğulanıb. 

“Şimali Koreya dövlətin ən ali və əsas qanununda daimi şəkildə qeyd olunan nüvə silahlı dövlət statusu artıq geri dönməz bir xarakter almışdır”, - açıqlamada bildirilib.

Açıqlamada həmçinin bildirilib ki, Şimali Koreyanın nüvə silahlarına sahib olması, ABŞ-nin nüvə təhdidinə qarşı dövlətin suverenliyini və təhlükəsizliyini qorumaq, həmçinin güc balansını təmin etmək üçün qaçılmaz bir seçim olmuşdur və bu, qlobal sülh və sabitliyin təmin olunmasında əsas rol oynayır.

Seçilən
11
operativmm.az

1Mənbələr