AZ

Paşinyan: “Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub”

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi indiyə qədər olduğundan daha təhlükəsiz vəziyyətdədir.

Musavat.com xəbər verir ki, Paşinyan “Kompleks Təhlükəsizlik və Dayanıqlılıq 2025” beynəlxalq konfransında çıxış edərkən deyib:

“Bu gün Ermənistan heç vaxt olmadığı qədər müstəqil, suveren və təhlükəsizdir. Azərbaycanla arasında sülh artıq bərqərardır. İndi qarşıda duran vəzifə yalnız indiki dövr üçün deyil, gələcək yüzilliklər üçün də təhlükəsizliyi təmin edən qərarlar qəbul etməkdir”, – Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, “bu gün bizə xəyanətkar kimi baxa bilərlər, amma yüz və ya yüz əlli il sonra Ermənistanda dövlətçilik qorunacaq”.

Musavat.com

Seçilən
15
2
musavat.com

3Mənbələr