AZ

QHT sədri Anar Xəlilov: “Böyük Qayıdış” prosesi ədalətli və şəffaf aparılır”

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Anar Xəlilov QHT.az-a açıqlamasında “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən köçürülmə və bərpa prosesinə dair fikirlərini bölüşüb.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir, infrastruktur layihələri icra olunur və yaşayış məskənləri yenidən qurulur. Buna uyğun olaraq da növbəli şəkildə keçmiş məcburi köçkünlər öz yurdlarına geri qaytarılır:

"Burada da əsas olaraq ilk növbədə ağır şəraitdə yaşayanlar, yataqxana, sanatoriya binalarında məskunlaşanlar, digər şəxslərin mənzillərini müvəqqəti tutanlar köçürülür. Bu ardıcıllıqla köç prossesi aparılır və tikilən evlər püşkatma vasitəsilə verilir. Komitə yanında İctimai Şura olaraq bu prossesi yaxından izləyirik. Prosses ədalətli, şəffaf və qanuna uyğun aparılır. Komitə yanında İctimai Şuranın üzvləri QHT-dan və Qarabağ müharibəsi iştirakçılarından ibarətdir.  Bu isə QHT- nın bu prossesdə yaxından iştirakına böyük imkan yaradır. Eyni zamanda nəzərə almalıyıq ki, İctimai Şura ölkəmizdə fəaliyyət göstərən digər Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə də sıx işləyir. Bu bizlərə imkan verir ki, Vətəndaş cəmiyyəti institutları da yaxından bu prossesə öz töhfələrini versin. Biz hər zaman bizə müraciət edən QHT-nın nümayəndələrinə Komitə ilə əməkdaşlıq etməyə köməklik edirik. Komitə rəhbərliyi də bunu dəstəkləyir və əməkdaşlığa hazırdır. Sadəcə bəzən QHT-nın bəzilərinin müraciətlərinin məzmununa diqqət edəndə daha çox şəxsi xarakterli və ya yeni dövrün tələbləri ilə uzlaşmayan müraciətlər olduğuna rast gəlirik. Mən demirəm şəxsi müraciətlər olmaz sadəcə qanuna uyğun olmalıdır. Bu gün bizim Vətəndaş cəmiyyəti institutlarından daha çox gözləntimiz sosial xarakterli layihələrdir".

Anar Xəlilov qeyd edib ki, əfsuslar olsun ki, gəlin müşahidə edək daha çox o ərazilərə getmək, orada hər hansısa humanitar xarakterli layihələr keçirilməyə üstünlük verilir:

"Bu da lazımdı etiraz etmirəm. Amma düşünürəm ki, sosial-iqtisadi layihələrə üstünlük vermək lazımdır. Söhbət xırda layihələrdən getmir. Bilirik ki, büdcəsi daha çox olan layihələri də QHT- ı icra edir bu layihələri ora yönləndirmək lazımdır. Kiçik sahibkarlığın yaradılmasında QHT-nın köçən əhaliyə böyük dəstəyi ola bilər. Bu sahədə ixtisaslaşmış QHT-ə var. Amma nədənsə bu prossesdə mən onları az görürəm. Bəlkə də var amma təbliğatları zəifdir ya da əməkdaşlığa maraqlı deyillər. Hesab edirəm ki, xarici investisiyaların da cəlb edilməsində QHT-nın rolu olmalıdır. Əgər prosses şəffadırsa, qanuna zidd heç nə yoxdursa onların bu sahədə fəaliyyətlərində heç bir məhdudiyyət yoxdur. Əksinə bununla biz "Böyük Qayıdış" prossesinə böyük təkan verərik. Nəzərə almaq lazımdır ki, Dövlətimiz bu gün bərpa prossesini öz gücü ilə tək aparır. Fürsətdən istifadə edib bir məsələyə də toxunmaq istəyirəm. Son vaxtlar sosial şəbəkələrdə məcburi köçkünlərlə bağlı təxribat xarakterli bir çox çıxışlar baş veri. Açıq deyirəm bu təxribatdır. Hüquq mühafizə orqanlarına bunu araşdırmağı mən də öz növbəmdə xahiş edirəm. Yuxarıda mən köç prossesinin ardıcıllığını izah etdim. Buna uyğun olaraq da köç aparılır və heç kim də köçməkdən imtina etmir. Dünən də izlədiz ki, ilk dəfə olaraq 10-yaxın yaşayış məskənlərimizə köç eyni vaxtda oldu. Cənab Prezident özü onların qonağı oldu və bu kəndlərdə gedən işlərlə tanış oldu. Yeni qəsəbənin təməlini qoydu. Bərpa işləri sürətlə gedir köç davam edir.

Bu təxribatların isə heç bir cavabı yoxdu Əvvəla köçkünlər də Azərbaycan vətəndaşıdır və konstitusiya uyğun olaraq hüquqları hamı ilə bərabərdir. Evləri hazır olanda da köçürürlər. Getməsələr belə əgər evi tikilibsə öz hüququdur amma məskunlaşdığı mənzili dərhal təhvil verməlidir. Qanun bunu deyir və buna da əməl olunur. Kim əməl etmirsə məhkəməyə verilir. Yoxsa kiminsə bundan istifadə edib özünə tribuna qazanmasına və ya təxribat aparmasına ixtiyarı yoxdur və məsuliyyət daşıyır. Biz hüquqi dövlətdə yaşayırıq hər bir məsələnin hüquqi həlli var. Bu təxribatları yaradanlar ancaq vətəndaş qarşıdurması yaratmaq niyyətində olan şəxslərdir".

Anar Xəlilov sonda arzu edib ki, bərpa işləri daha da sürətlənsin və keçmiş məcburi köçkünlər doğma yurdlarına sevinclə qayıdaraq illərdir onları dəstəkləyən yerli sakinləri yeni evlərində qonaq etsinlər:

"Köçkünlər uzun illər məskunlaşdığı ərazilərdə yerli vətəndaşlarla mehriban yaşayıb, və yerlilərə onlara dəstək göstərdiklərinə görə daim minnətdardılar. Eyni zamanda keçmiş köçkünlər həmişə Dövlət qayğısında da olublar. Arzu edirəm ki, yaşayış məskənlərimiz tezliklə daha sürətlə bərpa olsun və köçkünlərimiz söz-söhbətsiz sevinclə öz yurdlarına qayıdıb onları xoş qarşılamış yerliləri öz evlərinə qonaq dəvət etsinlər".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
13
1
qht.az

4Mənbələr