AZ

2024-cü ildə 670 məhkum zəruri tibbi xidmətlərdən yararlana bilməyib

2024-cü il ərzində 670 məhkum müxtəlif ixtisaslaşdırılmış tibbi xidmətlərə — o cümlədən radiologiya (KT, MRT, PET, Doppler USM), cərrahi müdaxilələr (ümumi cərrahiyyə, travmatologiya, ginekologiya) və terapevtik müalicələrə (nefrologiya, revmatologiya, nevrologiya) ehtiyac duysa da, infrastruktur, tibbi avadanlıq və kadr çatışmazlığı səbəbindən bu xidmətlər göstərilməyib. Bu barədə Milli Məclisin Sosisal qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib. 

Vəliyevin sözlərinə görə, vəziyyətin həlli üçün məhdud tibbi imkanların icbari tibbi sığorta vəsaiti hesabına genişləndirilməsi zərurəti yaranıb. Bu məqsədlə, Əhalinin sağlamlığının qorunması haqqında Qanunun 15-2.3-cü maddəsindən məhkumların çıxarılması və 15-2.1-ci maddəyə uyğun düzəlişlərin edilməsi təklif olunur.

Sentyabrın 15-də Milli Məclisdə məhkumlara icbari tibbi sığorta xidmətindən hüququ verilməsi məsələsi müzakirə edilib. 

Gülnar Nazimqızı 

Seçilən
27
anews.az

1Mənbələr