AZ

Rusiya NATO-ya qarşı gələcək münaqişələrə hazırlaşır - ABŞ-dən yeni iddialar

ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yayımladığı məlumata görə, Rusiya gələcəkdə NATO ilə baş verə biləcək mümkün münaqişələr üçün hazırlıqlarını davam etdirir.

Milli.Az xəbər verir ki, məlumata görə, Moskva Ukraynada əldə etdiyi hərbi təcrübəyə əsaslanaraq, Alyansın imkanlarını və xüsusilə də hücum dronlarına qarşı müdafiə reaksiyalarını qiymətləndirməyə çalışır.

ISW-nin hesabatında qeyd olunur ki, Kremlin əsas prioritetlərindən biri də hərbi gücünü qoruyub saxlamaqdır. Bu məqsədlə, böyük büdcə kəsiri ilə üzləşən Rusiya hökuməti iqtisadi yükü əhalinin üzərinə qoymağa hazırlaşır. Nəşr yazır ki, federal büdcədəki kəsiri kompensasiya etmək üçün Rusiya əlavə dəyər vergisini (ƏDV) mövcud 20 faizdən 22 faizə qaldırmağı planlaşdırır.

Məlumata görə, bu dəyişiklik Rusiya hökumətinə illik təxminən 1 trilyon rubl (11,9 milyard dollar) əlavə gəlir gətirə bilər ki, bu da ölkənin ümumi daxili məhsulunun təxminən 0,5 faizinə bərabərdir. Ekspertlər bildirir ki, vergi artımı əhali üçün əlavə maliyyə yükü yaradacaq, çünki müəssisələr bu artımı qiymətlərə əks etdirərək xərcləri istehlakçılara ötürəcəklər.

Qeyd edək ki, bu iqtisadi addımlar, Kremlin hərbi xərclərdən imtina etmədən, resurs çatışmazlığını daxili vergilərlə kompensasiya etmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Kənan
Milli.Az

Seçilən
7
1
milli.az

2Mənbələr