AZ

MOSSAD rəhbəri niyə Dohaya zərbəyə qarşı çıxıb?

İsrailin Xarici Kəşfiyyat Xidməti – MOSSAD-ın rəhbəri David Barnea əməkdaşlarına göndərdiyi məktubda Dohada yerləşən HƏMAS qərargahına zərbəyə niyə qarşı çıxdığını izah edib.

Ölkə.Az Newsru.co.il-ə istinadən xəbər verir ki, Barnea məktubunda MOSSAD-ın təsadüfi şəkildə əməliyyatın hazırlanması və həyata keçirilməsində iştirak etmədiyini bildirib.

Onun sözlərinə görə, HƏMAS liderlərinə zərbə endirmək üçün seçilən vaxt uğursuz idi. Çünki həmin ərəfədə təşkilat ABŞ-ın irəli sürdüyü razılaşma təklifinə cavab hazırlayırdı. Barneanın vurğuladığı kimi, bu cavab birmənalı olaraq müsbət olmasa belə, mənfi də olmayacaq və danışıqlar prosesində irəliləyiş üçün imkan yaradacaqdı.

Seçilən
24
4
olke.az

5Mənbələr