AZ

"Siti"yə məğlubiyyətdən sonra istefaya göndərilə bilər

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim istefaya göndərilə bilər.

"Unikal" İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxış etməsidir. Premyer Liqanın son turunda keçirilən derbidə “Mançester Siti”yə 0:3 hesablı məğlubiyyət klub rəhbərliyinin ciddi narazılığına səbəb olub.

İddiaya görə, portuqaliyalı mütəxəssislə yollar ayrılacağı təqdirdə onu bu vəzifədə hazırda “Aston Villa”ya başçılıq edən Unay Emeri əvəzləyə bilər. Məsələ burasındadır ki, Birmingem klubu da ispaniyalı çalışdırıcının işindən narazıdır.

Qeyd edək ki, hazırda İngiltərə çempionatında “Mançester Yunayted” 4 xalla 14-cü, “Aston Villa” isə 2 xalla 19-cu pillədə qərarlaşıb.

Seçilən
10
4
unikal.az

7Mənbələr