Unai Emeri “Aston Villa”dan ayrılaraq “Mançester Yunayted”in baş məşqçisi ola bilər.
İdmanxeber.az “The Sun”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Ruben Amorimi göndərmək niyyətindədir və alternativ kimi Emerini nəzərdən keçirir. “Aston Villa” da mövsümün əvvəlindəki zəif nəticələr səbəbindən ispan mütəxəssisi saxlamağa tələsmir.
Qeyd edək ki, Premyer Liqada “Mançester Yunayted”in aktivində 4, “Aston Villa”nın isə 2 xal var.