AZ

"Üstümdə 100 min manatlıq qır-qızıl var" - VİDEO

Müğənni Təranə Qumralın zinət əşyaları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Day.Az xəbər verir ki, sənətçi qonaq olduğu verilişin efirinə parlaq və qiymətli zinət əşyaları ilə gəlib.

O, diqqət mərkəzinə düşən üzərindəki qızılların dəyərini açıqlayıb.

Təranə Qumral bildirib ki, hazırda taxdığı zinət əşyalarının ümumi qiyməti 100 min manata yaxındır. Onun bu açıqlaması həm aparıcını, həm də tamaşaçıları təəccübləndirib.

Müğənni əlavə edib ki, zinət əşyaları onun sənət yolunda çəkdiyi zəhmətin və illərlə qazandığı uğurların göstəricisidir. Qumralın bu görünüşü sosial mediada da geniş müzakirələrə səbəb olub, izləyicilər arasında fərqli rəylər doğurub.

Qeyd edək ki, Təranə Qumral tez-tez dəbdəbəli tərzi və bahalı aksesuarları ilə gündəmə gəlir.

Seçilən
7
2
day.az

3Mənbələr