AZ

Türk ordusu preventiv zərbəyə hazırlaşır İsrail vurula bilər

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Son zamanlar beynəlxalq mediada İsrailin Türkiyəyə mümkün hərbi zərbələri ilə bağlı müzakirələr gedir. Xüsusilə İsrailin Qətərə hücum planları və regional siyasətdə sərt addımlar atması bu mövzuda narahatlıqları artırıb.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Qətərə qəfil hücum heç bir ölkənin İsrailin qəfil hücumundan sığortalanmadığı anlamına gəlir:

“Digər tərəfdən, İsrail Baş naziri Benyamin Netanyahunun Qətərdə uğursuzluğunu məhz Türkiyə xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlayırlar. İsrailin Türkiyəyə hücum etmək ehtimalını orada sığınacaq tapan HƏMAS rəhbərlərinin mövcudluğu ilə əlaqələndirirlər. İsrail Dohaya hücum edəndən və bununla da Qətər təhlükəsizlik imicini itirəndən sonra HƏMAS-ın sağ qalan rəhbərləri Qəzzada baş verən hadisələri məhz Türkiyədən idarə etməyə başladılar.

Digər tərəfdən, ABŞ-ın bütün vasitələrlə İsrailin arxasında dayanması və onun bütün addımlarına dəstək verməsi bu dövləti Ankaraya qarşı hücuma da təşviq edə bilər. Amma Türkiyə Qətər deyil. O, heç İsrailin hücumuna və işğalına məruz qalan digər ərəb ölkələrinin oxşarı da hesab oluna bilməz. Türkiyə öz hərbi, iqtisadi, siyasi və potensialına görə bütün ərəb ölkələrindən daha üstündür”.

Əlimusa İbrahimov

Politoloq qeyd edib ki, Qətərdə baş verənləri əvvəlcədən duyan və bu barədə HƏMAS üzvlərini məlumatlandıran Türkiyə ona qarşı hazırlanan təxribat barədə də xəbər tuta bilər:

“İsrailin Türkiyəyə qarşı hərbi əməliyyatlara qalxmaq cürəti olmayacaq. Buna Türkiyənin hərbi gücü, NATO üzvü olması və ABŞ-ın İsrailin bu avantürasına yaşıl işıq yandırmaması səbəb olacaq. Amma istənilən halda Türkiyə öz işini ehtiyatlı tutur. Hazırda Türkiyə Silahlı Qüvvələri İsrailin mümkün hücumuna qarşı ciddi hazırlıq işləri görürlər. Mən İsrailin Türkiyəyə hücumundan daha çox, Ankaranın Təl-Əvivə preventiv zərbə endirəcəyini proqnozlaşdırıram”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
globalinfo.az

3Mənbələr