AZ

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

Sentyabrın 15-də Abşeron rayonunun Saray qəsəbə M.Ələkbərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Bilik günü” münasibətilə tədbir keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova iştirak ediblər.

Tədbirdə çıxış edən Firudin Qurbanov bu əlamətdar gün münasibətilə müəllim və şagirdləri təbrik edərək bildirib ki, yeni dərs ili hər bir şagird üçün bilik qazanmaq, dünyagörüşünü artırmaq və gələcək uğurlara doğru addımlamaq üçün yeni imkanlar açır. 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova çıxışında “Bilik günü"nün həm müəllimlər, həm də şagirdlər üçün yeni başlanğıcların simvolu olduğunu vurğulayıb: "Bu günün sevinci məktəblərin həyətlərini bəzəyən uşaqların gözlərində öz əksini tapır”.

Tədbirdə məktəb şagirdlərinin ədəbi-bədii kompozisiyası və musiqili çıxışları təqdim olunub, birinci sinif şagirdləri ilk dəfə sinif otaqlarına qədəm qoyublar.

Məktəbin ötən tədris ilində əldə etdiyi nailiyyətlər də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, Saray qəsəbə 1 nömrəli məktəbin şagirdləri fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə uğurlu nəticələr göstərərək məktəbin təhsil ənənələrini daha da zənginləşdiriblər.

 

 

 

 

 

Seçilən
4
tehsil.biz

1Mənbələr