AZ

Texniki şərtlərin qeydiyyatı üçün 62 müraciət daxil olub

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-iyul aylarında texniki şərtlərin qeydiyyata alınması ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna ümumilikdə 62 müraciət daxil olub.

"Unikal" Agentliyə istinadən xəbər verir ki, müraciətlərin 58-i təmin edilib.

Texniki şərtlər müvafiq sahə üzrə standartlar olmadığı hallarda və ya sahibkarlıq subyektlərinin yeni texniki həllər tətbiq etməsi məqsədilə hazırlanır. Bu şərtlər məhsul, iş və xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və funksionallığının, istehsal və idarəetmə proseslərinin səmərəli təşkili və normativ tələblərə uyğunluğunun təmin olunmasına xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
3
unikal.az

5Mənbələr