AZ

Bu yay neçə nəfər suda boğularaq dünyasını dəyişib? RƏSMİ AÇIQLAMA

ain.az, Bizim media portalına istinadən məlumat verir.

2025-ci ilin 3 ayı (iyun, iyul və avqust ayları) ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sudaboğulma hadisələri ilə bağlı ümumilikdə 79 müraciət (11-i qadın, 68-i kişi cinsli olmaqla) daxil olub.Bu barədə Bizim.Media-nın sorğusuna cavan olaraq TƏBİB-dən məlumat verilib. Məlumatda bildirilir ki, daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub.

 

Belə ki, 23 nəfər suda boğulma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi xidmət üçün tibb müəssisələrinə təxliyə olunub. Təcili tibbi yardım briqadaları tərəfindən 30 nəfərə isə yerində tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirildiyi üçün tibb müəssisəsinə hospitalizasiyaya ehtiyac yaranmayıb. 

Ümumilikdə, 26 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.  Qeyd edək ki, sudaboğulma hadisəsi ilə əlaqədar Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şirvan, Astara, Tovuz, Saatlı, Lənkəran, Qəbələ, Zaqatala, İmişli və Ağdaş rayonlarından da müraciətlər daxil olub.Naibə Məmmədova, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
20
bizim.media

10Mənbələr