Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
Süni intellektlə söhbətlər həyatımızın bir parçasına çevrilib, lakin onlar bizdən öyrəndikləri qədər biz də onlara çox şey açıqlayırıq. Çatlar artıq təkcə cavab vermir, həm də məlumatları “xatırlayaraq” fərdiləşdirilmiş dialoq qura bilir. Bu, rahat görünür, amma müəyyən risklər də yaradır.Bizim.Media bu barədə xarici mediaya istinadla xəbər verir.Çat-botların yaddaşı ya qısamüddətli olur (yalnız mövcud sessiyanı xatırlayır), ya da uzunmüddətli (platforma sizin haqqında faktları saxlayır və sonrakı söhbətlərdə istifadə edir). Bu, vaxtınıza qənaət edir, eyni məlumatları təkrar-təkrar soruşmur, məsləhətləri daha uyğun edir.Üstünlüklər və risklərFərdiləşdirmə söhbəti insaniləşdirir. Bot sizin kofe sevdiyinizi və ya müəyyən dərmanları qəbul edə bilmədiyinizi xatırlayaraq uyğun məsləhətlər verir. Lakin risk də var. Yaddaş yanlış şərhlər verə, gözləmədiyiniz anda şəxsi məlumatı “xatırlada”, yaxud sızma nəticəsində kənarlara ötürülə bilər.Heç vaxt paylaşmamağınız gərəkən məlumatlar1.Şəxsi məlumatlar – pasport, sürücülük vəsiqəsi, ünvan, telefon, doğum tarixi.2.Sağlamlıq məlumatları – analiz nəticələrini göndərərkən şəxsi detallarınızı silin.3.Maliyyə məlumatları – bank kartı nömrələri, PİN kodlar, investisiya hesabları.4.İş sirrləri və kod – daxili sənədlər, müştəri məlumatları, məxfi layihələr.5.Login və şifrələr – onların saxlanması üçün menecerlər var, İA bu məqsəd üçün etibarlı deyil.Özünüzü necə qorumalıÇatları silin – sessiya bitəndən sonra söhbətləri təmizləyin.Müvəqqəti chatdan istifadə edin – ChatGPT-də “temporary chat” funksiyası məlumatların saxlanmamasını təmin edir.Anonim sorğular göndərin – məsələn, DuckDuckGo-nun Duck.ai xidməti ilə.Hesabınızı qoruyun – güclü şifrə və iki faktorlu identifikasiya vacibdir. (Lent.az)Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.