AZ

Onlar da övladlarını 1 ci sinfə yola saldılar FOTOLAR

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Sentyabrın 15-i ölkəmizdə yeni tədris ilinin başlanması – Bilik günü ilə yadda qalır. Minlərlə birinci sinif şagirdi bu gün ilk dəfə məktəb həyatına qədəm qoydu. Onlar arasında elə uşaqlar da vardı ki, valideynləri günün bu sevincli anında da öz peşələrinin başında idilər. Söhbət jurnalistlərdən gedir.Hər gün xəbərin ardınca qaçan bəzi jurnalistlər üçün 15 sentyabr daha bir məsuliyyətin və duyğunun daşıyıcısı oldu. Mikrofona, kameraya, klaviaturaya alışmış əllər bu dəfə məktəbli forması, çanta və qələm üçün çalışdı. Onların balaca övladları da bu gün məktəb həyatına addım atdılar.Bəzi jurnalistlər bu gün iş başında olsalar da, imkan tapıb övladlarını da məktəbdə müşayiət etdilər. Onlar üçün bu, təkcə bir ailə hadisəsi deyil, həm də peşəkar həyatla şəxsi həyat arasında incə bir keçiddir.Jurnalistlərin peşəsi 9-dan 6-ya qədər davam edən iş rejimi ilə məhdudlaşmır. Onlar üçün istirahət, bayram və ya istənilən "boş gün" xəbər ola bilər. Belə bir peşədə valideyn olmaq, xüsusilə də övladını məktəb həyatına hazırlamaq həm fiziki, həm də emosional güc tələb edir.

Bəzi media nümayəndələri sosial şəbəkələrdə bu günü paylaşaraq həmkarlarını da təbrik etdilər.Jurnalistlər üçün 1-ci sinifə gedən bir övlad, sanki yeni xəbər mövzusu, yeni bir həyat başlığı kimi hiss olundu.Moderator.az Modern.az-a istinadən övladlarını 1-ci sinfə yola salan jurnalist valideynlərlə bağlı təqdimat edir

“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy məktəb həyatına qədəm qoyan kiçik oğlu Cahangirə böyük uğurlar arzulayıb.

“Məktəbli olduq. Yolun açıq, bəxtin gözəl olsun, qızım”, - deyə bu paylaşımı jurnalist İmdad Əlizadə 6 yaşlı qızına həsr edib.

"Qafqazinfo"nun əməkdaşı Nizam Rzayev oğlu Rəşidi 247 saylı məktəbin 1ci sinfinə aparıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi Xülya Sabirli 1-ci sinfə gedən övladı ilə bağlı belə paylaşım edib: “Məktəbə başladıq. Biri həyəcanlı, biri yuxulu”.

Afn.az saytının baş redaktoru Həbibə Abdulla kiçik qızı Qəmərin 1-ci sinfə getməsinin sevincini bölüşüb: “Sonuncu 1-cimizi də yola saldıq məktəbə. Bütün 1-cilərə uğurlar, gözəl məktəb illəri və əla təhsil arzulayıram! Zehinləri iti olsun!”.

Kulis.az-ın əməkdaşı Ömər Xəyyam qızının ilk məktəb gününü belə təsvir edib: “Ay ata, böyüyəndə, Günəş olaram mən də…”.

ATV-də çalışan jurnalist Əli Novruzəliyev də əkiz qızları Selcan və Səltənəti 1-ci sinfə yola salıb.

Mediada ekspet Aslan Əsədov da bu gün övladını 1-ci sinfə yola salan valideynlər kimi sevinir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
4
moderator.az

5Mənbələr