AZ

BSU-da daxili təqaüd proqramlarının qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev tərəfindən tələbələrin uğurlarını stimullaşdırmaq və onların akademik inkişafına dəstək göstərmək məqsədilə təsis edilən daxili təqaüd proqramlarının qaliblərinin adları açıqlanıb və onlar üçün daha bir imkan yaradılıb.

BSU-dan AZƏRTAC-a bildirilib ki, “Yeni dövrün gəncliyi” daxili təqaüd proqramı, “Regionlardan qəbul olunan qızlar üçün təqaüd proqramı” və “Oğlan tələbələr üçün təqaüd proqramı”nın qalibləri 200 AZN məbləğində təqaüd qazanıblar. Bununla yanaşı, yüksək akademik göstəricilərinə sahib olduqları halda, 2025–2026-cı tədris ilində BSU-nun xarici ölkə universitetləri ilə əməkdaşlığı çərçivəsində təşkil olunacaq beynəlxalq mübadilə proqramlarında birbaşa iştirak hüququ əldə ediblər.

Seçilən
15
6
azertag.az

7Mənbələr