Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Təkcə təhsil müəssisələrində dərslərin deyil, iş yerlərində işlərin başlama saatında da dəyişikliyə ehtiyac var. Çünki bizdə məktəbliləri daşıyan avtobus xidməti yoxdur, valideynlər daha çox öz şəxsi avtomobilləri ilə övladlarını məktəbə aparırlar, daha sonra isə işə gedirlər. Əgər biz dərslərin başlama saatını dəyişsək, valideynlər üçün də problem yaratmış olacağıq”.Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O bildirib ki, bu baxımdan ən yaxşı modellərdən biri Türkiyədədir:
“Fərqli sahələrdə işin başlama saatı fərqli olur. Bu, insanların eyni vaxtda işə gedib-gəlməməsinə səbəb olur və tıxac probleminin azaldılmasına töhfə verir. Ona görə bu yeniliyin təkcə məktəblərdə deyil, bütün sahələrdə tətbiqi daha effektiv ola bilər. Tutaq ki, uşağın dərsi saat 10-da başladı, axı həmin saatda valideyn işdə olur, bu necə ola bilər?Saat 6-da işdən çıxan insanlar çox böyük çətinliklər yaşayırlar. Şəhərdə tıxac təkcə dərslərə görə yaranmır. Səhər bütün iş saatlarının eyni vaxtda başlaması da böyük problemlərə səbəb olur. Məktəblərdə dəyişiklik etməkdənsə, ayrı-ayrı iş yerlərində etsək, bu, daha çox effekt verəcək. Valideyn uşağını məktəbə gətirər, sonra da işə gecikməz. Bu baxımdan düşünürəm ki, biz daha çox iş vaxtlarının başlaması ilə bağlı düşünsək, bunun nəqliyyatın sıxlığının aradan qaldırılmasında daha çox effektini görə biləcəyik.Eyni zamanda, biz dünyanın bir çox ölkələrində tətbiq edilən məktəbli avtobuslarına keçid etməliyik. Bir var 50 maşın məktəbə yaxınlaşır, bir də var 50 uşağı daşıyacaq 1 avtobus. Görün nə qədər tıxacı aradan qaldırmış olarıq. Dərs qrafikində dəyişikliyi ali təhsil müəssisələrində etmək daha doğrudur, nəinki orta məktəblərdə”.Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.