İspaniyanın Mədəniyyət Naziri Ernest Urtasun İsrailin Qəzzədə soyqırım törətdiyini və bu səbəblə "Eurovision" Mahnı Müsabiqəsindən kənarlaşdırılmaması halında İspaniyanın da yarışmada iştirak etməməli olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Urtasun İspaniya dövlət radiosu RNE-yə verdiyi açıqlamada, İsrailin 2026 "Eurovision" Mahnı Müsabiqəsinə qatılmasından narahat olduğunu ifadə edərək deyib:
“İrlandiya, Sloveniya, İslandiya və Niderlandın etdiyi kimi, əgər İsraili yarışmadan kənarlaşdıra bilməsək, İspaniya da qatılmamalıdır. Mədəni və idman fəaliyyətləri soyqırımı haqq qazandırmamalıdır. Bu cür təşkilatlar bir soyqırımı normallaşdırmamalıdır”, - o bildirib.