AZ

Polşa XİN başçısı: “Avropa Rusiyaya qarşı döyüşmək istəmir”

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Ukrayna üçün təhlükəsizlik təminatlarının effektivliyi sual altındadır”

“Avropa ölkələri Rusiyaya qarşı hərbi münaqişəyə girmək istəmir”. AYNA.AZ Ukraynanın “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

Polşanın xarici işlər naziri qeyd edib ki, “Ukrayna üçün təhlükəsizlik təminatlarının effektivliyi sual altındadır”. Onun fikrincə, “onların Kiyevə verilməsi Avropa ölkələrinin Rusiya ilə hərbi münaqişəyə girməyə hazır olması demək ola bilər”.

"Mən bunun inandırıcı olduğunu, buna inamın olduğunu düşünmürəm. Kim Rusiya ilə döyüşmək istəyirsə, indi başlaya bilər. Amma mən istəyən görmürəm", - Sikorski vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
ayna.az

1Mənbələr