AZ

RTÜK ün araşdırması ilə bağlı açıqlama yaydılar

ain.az, Olay.az portalına istinadən məlumat verir.

RTÜK-ün araşdırması ilə bağlı açıqlama yaydılar

“Kızılcık Şerbeti” serialının prodüser şirkəti “Gold Prodüksiyon Yapımcılık A.Ş.” RTÜK-ün araşdırma başlatması  ilə bağlı rəsmi açıqlama yayıb.

OLAY yazır ki, açıqlamada  üç mövsümdür yayımlanan serialda nə ailə institutuna, nə də Türk cəmiyyətinin dərin köklü dəyərlərinə qarşı hər hansı təhqir, aşağılama və ya kiçiltmə olmadığı bildirilib.

Prodüserlər qeyd edirlər ki, seriallar həmişə qeyri-adi hekayələri və həyat tərzlərini ekranlaşdırır, bu səbəbdən bəzi səhnələr mübaliğəli ola bilər: 

Lakin bütün yaradıcı proseslərdə Türk ailə dəyərlərinə və ictimai ənənələrə hörmətlə yanaşıldığı vurğulanıb. 

“Gold Prodüksiyon” olaraq Türk ailə sisteminə və cəmiyyətin qədim ənənələrinə dərin hörmət duyduqlarını, gələcəkdə də bu məsələlərə eyni ciddilik və həssaslıqla yanaşacaqlarını bəyan ediblər. Şirkət həmçinin, gələn tənqidləri sayğı ilə qarşıladıqlarını və bu reaksiyalara cavab verməyə hazır olduqlarını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
olay.az

2Mənbələr