AZ

Həkimlərlə rezisdentlərin maaşı qalxacaq? Millət vəkilindən açıqlama

Medicina saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Rezidentura haqqında yeni Əsasnamə hazırlanır, dəyişikliklər olacaq. Hazırda yan ixtisaslar rezidenturada yoxdur".

"Medicina" xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.

" Türkiyədə, dünyada mövcud olan qanunlara əsasən, kimsə onkoloq olmaq istəyirsə, cərrahiyyə üzrə rezidenturaya gedir, bitirəndən sonra yan ixtisas kimi bir-üç il ərzində təhsilini davam etdirir, Azərbaycanda da belə ola bilər:

Döş qəfəsi üzrə onkoloq-radioloq, beyin üzrə onkoloq kimi ixtisaslar olacaq. Səhiyyə Nazirliyində artıq bu istiqamətdə iş gedir. Maaşlarla bağlı məsələ də yeni əsasnamədə öz əksini tapacaq. Həkimlərin maaşları qalxdıqca, rezidentlərin də maaşları qalxsın. Bu, vacib və gündəmdə olan məsələdir".

medicina.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
2
icma.az

3Mənbələr