AZ

Bişkekdə TDT-yə üzv ölkələrin TŞ katiblərinin 4-cü toplantısı keçirilib

Bakı. Trend:

Sentyabrın 12-də Qırğız Respublikasının paytaxtı Bişkekşəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin TəhlükəsizlikŞuraları katiblərinin 4-cü toplantısı keçirilib.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasından Trend-ə verilən məlumatagörə, TŞ-nin katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndəheyəti tədbirdə iştirak edib.

Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türk DövlətləriTəşkilatı Katibliyinin nümayəndələrinin iştirak etdiyi toplantıdabu gün dünyada baş verən sürətli dəyişiklər şəraitində, konkretolaraq, Təşkilata üzv dövlətlər məkanında terrorizm, ekstremizm,separatizm, kibercinayətkarlıq və digər çağırışlarla bağlı görüləntədbirlər, eləcə də Suriya Ərəb Respublikasında baş verənhadisələrin, Əfqanistandakı vəziyyətin Türk Dövlətləri Təşkilatinaüzv ölkələrin təhlükəsizliyinə və sabitliyinə təsiri, həmçinindigər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi RamilUsubov müzakirə olunan məsələlərlə bağlı çıxış edib.

Digər çıxış və müzakirələrdə qardaş ölkələrin təmsilçilərimüvafiq qurumlar arasında qeyd olunan sahələr üzrə əlaqələrin dahada gücləndirilməsinin əhəmiyyətini, mövcud təhdidlərlə bağlısəmərəli əməkdaşlığın zəruriliyini qeyd etmiş, artmaqda olan müasirçağırış və təhdidlərlə mübarizədə informasiya, qarşılıqlı təcrübəmübadiləsinin gücləndirilməsinin, birgə təlim və treninqlərinkeçirilməsinin, beynəlxalq müstəvidə vahid mövqeyinformalaşdırılmasının vacibliyini vurğulayıblar.

Həmin gün Qırğız Respublikasının Prezidenti Sadır Japarov TürkDövlətləri Təşkilatı regional və beynəlxalq sabitliyinarxitekturasında mühüm yer tutan üzv ölkələrin TəhlükəsizlikŞuraları katiblərinin 4-cü toplantısında iştirak edən nümayəndəheyətlərinin rəhbərlərini qəbul edib.

Qırğız Respublikasının rəhbəri, bu gün regional və beynəlxalqsabitliyin arxitekturasında mühüm yer tutan Türk DövlətləriTəşkilatına üzv olan dost və qardaş dövlətlərin əməkdaşlığınınxarici siyasət, ticarət, enerji və “yaşıl iqtisadiyyat”dan tutmuşturizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər genişəhatə etdiyini vurğulayıb.

O, Təhlükəsizlik Şuraları katiblərinin bu görüşünün ölkələrimizarasında əməkdaşlığın və türk dövlətləri məkanında sabitliyin dahada möhkəmləndirilməsinə öz töhfə verəcəyinə əmin olduğunubildirib.

Seçilən
27
8
az.trend.az

10Mənbələr