ain.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın ən böyük üç aviaşirkəti – Delta Air Lines, American Airlines və United Airlines – fəal Çarli Kirkin qətli ilə bağlı sosial şəbəkələrdə paylaşım etdiklərinə görə bəzi əməkdaşlarını işdən uzaqlaşdırıb.
Doğru.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Delta Air Lines-in baş direktoru Ed Bastian bildirib ki, yazılar “sağlam, hörmətli müzakirələrin hüdudlarından çox kənara çıxıb”. American Airlines isə bəzi işçilərin “belə zorakılığın təbliğatını” etdiyini açıqlayıb.
United Airlines da oxşar səbəblə əməkdaşlarının işdən kənarlaşdırıldığını təsdiqləyib.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.