AZ

AMB 3 kredit ittifaqına icrası məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Ləman”, “Stimul” və “İnci Kredo” kredit ittifaqlarına icrası məcburi göstəriş verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, adı çəkilən kredit ittifaqları 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etmədiyindən, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələbi təmin edilməmişdir.

“Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, “İnci Kredo” Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Ləman” Məhdud Məsuliyyətli Kredit İttifaqına və “Stimul” Kredit ittifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi məlumat verilməsi tələb olunub.

Seçilən
26
11
tribunainfo.az

10Mənbələr