İsrailli fırıldaqçı Saymon Levayev Gürcüstanın Batumi hava limanında saxlanılıb.
Editor.az xəbər verir ki, bu barədə “Rustavi-2” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Levayev beynəlxalq axtarışda olub. O, “Netflix” platformasında yayımlanan “Tinder dələduzu” sənədli filmi ilə tanınıb.
//Samir Qurbanov, Editor.az