AZ

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Bilik Günü qeyd edilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qəbələ, 15 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 15 Sentyabr - Bilik Günü münasibətilə tədbir keçirilib.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək son illər əldə olunan uğurlardan, beynəlxalq təcrübə imkanları, işəgötürənlərlə əməkdaşlıq və tələbələrin fəallığından danışıb. Direktor yeni qəbul olunmuş tələbələri və kollektivə yeni qoşulan əməkdaşları təbrik edib, onlara təhsildə və işlərində uğurlar arzulayıb.

Tədbirdə, həmçinin keçid qrupunun tələbələri, uğurlu məzunlar, yeni qəbul edilmiş tələbələr və valideynlər çıxış edərək, Mərkəzdə yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
azertag.az

1Mənbələr