Bu ilin ilk 8 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 32 milyard 118 milyon dollar (54 milyard 601 milyon manat) təşkil edib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 123 milyon dollar (1 milyard 909 milyon manat) və ya 3,6% çoxdur.
Bunun da 17 milyard 65 milyon dolları (29 milyard 11 milyon manat) ixracın, 15 milyard 53 milyon dolları (25 milyard 590 milyon manat) idxalın payına düşüb.
İxrac ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 166 milyon dollar (1 milyard 982 milyon manat) və ya 6,4% azalıb, idxal ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyard 289 milyon dollar (3 milyard 891 milyon manat) və ya 17,9% artıb.
Bu il 8 ayında ümumi ticarət dövriyyəsinin 53,13%-ü ixracın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 58,82% olub. Ümumi ticarət dövriyyəsinin 46,87%-i isə dxalın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 41,18% olub.
Nəticədə bu ilin ilk 8 ayında Azərbaycanın xarici ticarətində 2 milyard 13 milyon dollar (3 milyard 422 milyon manat) müsbət saldo yaranıb.
Müsbət ticarət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 455 milyon dollar (5 milyard 873 milyon manat) və ya 2,7 dəfə azalıb. 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanda xarici ticarət saldosu 5 milyard 468 milyon dollar (9 milyard 295 milyon manat) təşkil etmişdi.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 31 milyard dollar (52 milyard 692 milyon manat) olmuşdu. Azərbaycandan 18 milyard 232 milyon dollar (31 milyard -1 milyon manat) dəyərində məhsul ixrac edilib.Xarici ölkələrdən Azərbaycana 12 milyard 764 milyon dollar (21 milyard 699 milyon manat) dəyərində məhsul idxal olunmuşdu.