AZ

"Minsk Qrupu fəaliyyət göstərmirdi" - Səfir

ATƏT-in Minsk Qrupu uzun müddət fəaliyyətsiz və faydasız struktur olub.

"Unikal" xəbər verir ki, bunu Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kirsti Narinen deyib. 

"Mən hesab edirəm ki, Minsk Qrupu kifayət qədər uzun müddət fəaliyyət göstərməyən struktur idi. O, sadəcə olaraq mövcud idi, amma praktikada, açığını desəm, ondan heç bir alət kimi istifadə oluna bilməzdi", - Narinen bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan hökumətləri onun ləğvi ilə bağlı birgə qərar qəbul ediblər və ATƏT bu çağırışı dəstəkləməkdən məmnun olub.

Diplomat vurğulayıb ki, iki xalqın tam barışması üçün vaxt lazımdır.

Ağarza Elçinoğlu 

Seçilən
4
2
unikal.az

3Mənbələr