AZ

Almaniyada təyyarə qəzasında 2 nəfər öldü

Almaniyanın Reynland-Pfalts əyalətinin Eifel bölgəsində kiçik təyyarə qəzaya uğrayıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Wittlich Polis İdarəsi məlumat yayıb.

Məlumata görə, təyyarə dünən axşam yerli vaxtla saat 20:30-da Bitburq hava limanına çatmalı idi.

Lakin Bitburq yaxınlığındakı Malberqveyx bölgəsində təyyarənin radar bağlantısı kəsilib. Daha sonra 50 nəfərlik xilasetmə qrupu ərazidə axtarışlara başlayıb.

Axtarışlar zamanı təyyarənin qalıqları tapılıb.

Qəza nəticəsində təyyarədə olan iki nəfər həlak olub.

Qəzanın səbəbləri və ölənlərin kimliyi ilə bağlı araşdırmalara başlanılıb.(E-huquq)

Seçilən
10
avtosfer.az

1Mənbələr