AZ

Kiberdələduzların əsas məqsədi vətəndaşları aldatmaqdır Fərid Pərdəşünas

Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son dövrlərdə kiberdələduzlar internet üzərindən bilet satışını hədəf almaqda davam edir. Vətəndaşlar bildirirlər ki, belə hallarla son zamanlar daha tez-tez qarşılaşırlar və bu vəziyyət mədəni tədbirlərə qatılmaq istəyən insanların etibarını sarsıdır, eyni zamanda onlarda onlayn ödənişlərə qarşı ehtiyatlılıq hissi yaradır. 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas AZXEBER.COM-a söyləyib ki, kiberdələduzluğa qarşı görülən tədbirlər vətəndaşın özündən asılıdır:

"Yəni vətəndaş linkə daxil olarkən, keçid etdiyi sayta və ya ödəniş etdiyi platformaya kart məlumatlarını yazarkən diqqətli olmalıdır. Kiberdələduzların əsas məqsədi vətəndaşları aldatmaqdır. Ona görə də insanlar Azərbaycanda kibergigiyena qaydalarına əməl etməlidirlər. Təəssüf ki, vətəndaşların çoxu bu qaydalardan xəbərsizdir. Onlar elə bilirlər ki, internetdə ödəniş qəbul edən hər sayt etibarlıdır, amma düşünmürlər ki, yüzlərlə, minlərlə ödəniş platforması var və bəzilərinin arxasında kiberdələduzlar dayanır. İnsanlar maariflənməli və diqqətli olmalıdırlar. Kiberdələduzluqdan qorunmanın yeganə yolu insanların gözlərini dörd açmasıdır”. 

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
azxeber.com

1Mənbələr