AZ

İşğaldan azad edilən ərazilərdə təhsil alacaq şagirdlərin SAYI AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə təhsil alan şagirdlərin sayı açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib.
Məlumata görə, şagirdlərin bölgüsü belədir:
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə, ümumilikdə, 227 şagird oxuyur. Onlardan 18-i məktəbəhazırlıqda, 21-i I sinifdə, 188-i isə II-XI siniflərdədir.
Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə 116 şagird təhsil alır. Burada məktəbəhazırlıq qrupu yoxdur. Şagirdlərin 14-ü I sinifdə, 102-si isə II-XI siniflərdədir.
Xocalı rayonu Ballıca kənd tam orta məktəbdə 168 şagird oxuyur. Onlardan 12-si məktəbəhazırlıqda, 7-si I sinifdə, 149-u isə II-XI siniflərdədir.
Ağdərə rayonu Həsənriz kənd tam orta məktəbdə 54 şagird təhsil alır. Məktəbəhazırlıq qrupu yoxdur. Şagirdlərin 3-ü I sinifdə, 51-i isə II-XI siniflərdədir.
Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə, ümumilikdə, 1 030 şagird oxuyur. Onlardan 83-ü məktəbəhazırlıqda, 97-si I sinifdə, 850-si isə II-XI siniflərdədir.
Ağdam rayonu Xıdırlı kənd tam orta məktəbdə 123 şagird təhsil alır. Onların 9-u məktəbəhazırlıqda, 11-i I sinifdə, 103-ü isə II-XI siniflərdədir.
Ağdam rayonu Kəngərli kənd tam orta məktəbdə 122 şagird oxuyur. Onlardan 8-i məktəbəhazırlıqda, 9-u I sinifdə, 105-i isə II-XI siniflərdədir.
Ağdərə rayonu Suqovuşan kənd tam orta məktəbdə 90 şagird təhsil alır. Onların 13-ü məktəbəhazırlıqda, 5-i I sinifdə, 72-si isə II-XI siniflərdədir.
Ağdərə rayonu Talış kənd tam orta məktəbdə ümumilikdə 36 şagird oxuyur. Burada məktəbəhazırlıq qrupu yoxdur. Şagirdlərin 4-ü I sinifdə, 32-si isə II-XI siniflərdədir.
Füzuli şəhəri M.Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə 571 şagird oxuyur. Onların 51-i məktəbəhazırlıqda, 49-u I sinifdə, 471-i isə II-XI siniflərdədir.
Beləliklə, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə 2 537 şagird təhsil alacaq. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə isə 861 şagird təhsil alacaq. Bu da o deməkdir ki, ümumilikdə, işğaldan azad edilən ərazilərdə 3 398 şagird təhsilə cəlb olunacaq.
Məhərrəm Əliyev
Seçilən
23
oxu.az

1Mənbələr