AZ

DOST ucqar kənd məktəblilərini sevindirib  

DOST Agentliyi bu il də “Bilik Günü” ilə əlaqədar ucqar dağ kəndlərində yaşayan şagirdləri sevindirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “DOST sevinci” layihəsi çərçivəsində əməkdaşlar və “Könüllü DOST” proqramının iştirakçıları arasında toplanılan məktəb ləvazimatları ucqar dağ kəndlərində yaşayan ibtidai sinif şagirdlərinə hədiyyə edilib.

İsmayıllı rayonunun Lahıc, Kürdmaşı, Xanagah və Təzəkənd kənd orta məktəblərində, həmçinin ətraf kəndlərin uşaqları üçün İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində ümumilikdə 276 şagirdə məktəb ləvazimatları təqdim olunub.

“Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi korporativ sosial məsuliyyətliliyin inkişaf etdirilməsi, rayon ictimaiyyətinin “DOST” konsepsiyası ilə bağlı daha yaxından məlumatlandırılması, həmçinin məktəbliləri, xüsusilə birinci sinfə başlayan uşaqları sevindirmək və onlara təhsilin əhəmiyyətini aşılamaq olub.

Seçilən
4
4
azerbaijan-news.az

5Mənbələr