AZ

Aİ rusiyalı milyarderin qohumuna qarşı sanksiyanı ləğv etdi

Avropa İttifaqı (Aİ) səlahiyyətliləri rusiyalı milyarder Oleq Deripaskanın əmisi oğlu Pavel Yezubovu sanksiya siyahısından çıxarıb.

Publika.az xəbər verir ki, bunu Aİ-nin rəsmi jurnalında dərc olunan məlumatlar sübut edir.

Lüksemburqdakı Avropa Məhkəməsi ötən ilin sentyabrında Ukraynada genişmiqyaslı döyüşlərin başlamasından sonra Yezubova qarşı tətbiq edilən sanksiyaları ləğv etmək qərarına gəlib. Həmin qərardan 12 ay sonra Aİ səlahiyyətliləri Deripaskanın qohumunu məhdudlaşdırıcı siyahıdan çıxarmaq qərarına gəlib.

"Yezubovla bağlı məlumatlar silinməlidir", - rəsmi jurnalda deyilir.

Seçilən
36
publika.az

1Mənbələr