AZ

Lukaşenkonun azad etdiyi müxalifətçi yenidən həbsxanaya salındı

Müxalif siyasətçi Mikola Statkeviç Litvaya deportasiyadan imtina etdikdən sonra yenidən Belarusdakı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Axar.az xəbər verir ki, bu məlumatı müxalifət lideri Svetlana Tixanovskaya özünün X səhifəsində təsdiqləyib.

Tixanovskaya beynəlxalq ictimaiyyəti Statkeviçin azadlığa buraxılması üçün təzyiq göstərməyə çağırıb.

Müxalifət nümayəndələri bildirirlər ki, azad edilən şəxslərin ölkədə qalmaq hüququ olmalıdır və onlar məcburən mühacirətə göndərilməməlidirlər. Bəzi yeni azad olunan fəallar da Belarusda qalmaq istədiklərini deyiblər.

Seçilən
17
1
axar.az

2Mənbələr