AZ

Sentyabrın 16 da qaz kəsiləcək Bu ərazilərdə

Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sabah İmişlinin iki kəndinin qaz təchizatında fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, İmişli rayonu Rəsullu və Məhəmmədli kəndlərini təbii qazla təmin edən daşıyıcı PE-225, 160 və 110 mm-lik qaz kəmərlərində kipliyin sınağı məqsədi ilə əlaqədar sabah saat 11:00-dan etibarən sınaq işləri başa çatanadək Rəsullu və Məhəmmədli kəndlərində (ümumi 463 abonent) qaz təchizatı dayandırılacaq.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
11
metbuat.az

10Mənbələr